satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda leysan ciddi fəsadlar törədib, ölənlər var

İstanbulda leysan ciddi fəsadlar törədib, ölənlər var

Türkiyənin İstanbul şəhərində yağan leysan yağışlar ciddi fəsadlar törədib.

Naxçıvan televiziyası-ın məlumatına görə, leysan nəticəsində küçələri su basıb.

Güclü yağışlar nəticəsində Başakşehir rayonunun bəzi yerlərində suyun səviyyəsi rekord səviyyədə qalxıb.

Nəticədə evlərin birinci mərtəbəsini su basıb, nəqliyyat vasitələrini yağış suları aparıb. Yerli hakimiyyət sakinləri evdə qalmağa çağırıb.

Səhiyyə naziri Fahrettin Koca deyib ki, güclü yağışlar iki nəfərin ölümünə səbəb olub: “Beş nəfər də xəsarət alıb. Hadisələrlə bağlı 52 təcili tibbi yardım avtomobili fəaliyyət göstərir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM