satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə raket hücumu olub

Kiyevə raket hücumu olub

Rusiya silahlı qüvvələri sentyabrın 6-da səhər tezdən Kiyevə raket zərbələri endirib.

Naxçıvan televiziyası xəbər verir ki, səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

"Düşmənin dinc şəhərə növbəti raket hücumu həyata keçirilib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə, Rusiya Federasiyasının Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, - məlumatda bildirilir.

İlkin məlumatlara görə, Kiyevdə tələfat və dağıntı yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM