Estoniya Baş naziri Kaya Kallas koronavirusa (COVID-19) yoluxub.
Naxçıvan televiziyası xəbər verir ki, Kaya Kallas bu barədə "Facebook" hesabında bildirib.
Bu gün səhər COVID testinin nəticəsinin müsbət çıxdığını qeyd edən Kaya Kallas bir sıra görüşləri təxirə saldığını nəzərə çatdırıb:
"Təəssüf ki, Polşanın yeni Baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfərini təxirə salmalı olduq. Eyni zamanda sabah Tallində Baltikyanı ölkələrin baş nazirlərinin görüşü təxirə salındı".
