satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu BMT-nin məktəb binası yaxınlığında üç HƏMAS tuneli tapıb

İsrail ordusu BMT-nin məktəb binası yaxınlığında üç HƏMAS tuneli tapıb

İsrail Müdafiə Qüvvələri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məktəbinin yaxınlığında Fələstin HƏMAS-ın üç tunelini aşkarlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ordunun teleqram kanalında deyilir.

Belə ki, məktəbin yaxınlığındakı binada hərbçilər raket istehsalı üçün hissələr tapıblar.

Ordu həmçinin qeyd edib ki, Qəzza şəhərinin Şecaya bölgəsindəki əməliyyat mərkəzinə reyd zamanı silah və partlayıcı qurğular, o cümlədən AK-47 avtomatları və qumbaraatanları aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM