satellite   Azerspace-1: 11135 H 30000

BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı yenidən toplanır

BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı yenidən toplanır

BMT Təhlükəsizlik Şurası (TŞ) bu gün Qəzza ilə bağlı yenidən toplanır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.

Bildirilib ki, BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnaməni yenidən səsverməyə çıxaracaq.

Bu qətnamə Qəzza zolağına təhlükəsiz və maneəsiz humanitar girişə icazə vermək üçün hərbi əməliyyatların təcili dayandırılmasını və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, BMT TŞ-nin Qəzza ilə bağlı sonuncu iclası noyabrın 29-da keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM