satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda koronavirus geniş yayılıb, maska taxılması məcburi olub

Hindistanda koronavirus geniş yayılıb, maska taxılması məcburi olub

Hindistanın Karnataka ştatında koronavirusa yoluxma hallarının artması səbəbindən 60 yaşdan yuxarı insanlar üçün maskaların taxılması məcburi olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti Karnataka hökumətinin sərəncamına istinadən məlumat yayıb.

Qonşu Keralada COVID-19-a yoluxma hallarında artım, eləcə də koronavirusun “pirola” (BA.2.86) variantına yoluxma halları aşkar edildikdən sonra Karnataka rəhbərliyi bu kateqoriyadan olan vətəndaşlar üçün maska ​​taxmağı məcburi etmək qərarına gəlib.

Ötən həftə Keralada yoluxma hallarının sayı üç dəfə artıb və dekabrın 1-dən 17-dək 10 ölüm hadisəsi qeydə alınıb. Hazırda ştatda gündə 300-dən çox COVID-19 qeydə alınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM