satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Qırmızı dənizi qorumaq üçün əməliyyata başlayıb

Pentaqon Qırmızı dənizi qorumaq üçün əməliyyata başlayıb

Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladığını açıqlayıb.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.

L.Ostin açıqlamasında vurğulayıb ki, dəniz əməliyyatı Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM