satellite   Azerspace-1: 11135 H 30000

ŞƏT-ə üzv ölkələr terror kiberhücumlarını dəf etmək üçün təlimlər keçirib

ŞƏT-ə üzv ölkələr terror kiberhücumlarını dəf etmək üçün təlimlər keçirib

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xüsusi xidmət orqanları Yeni Delhidə internetdən terror, separatçı və ekstremist məqsədlər üçün istifadəyə qarşı mübarizə məqsədilə kiber təlimlər keçirib.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə ŞƏT-in Regional Antiterror Strukturunun mətbuat xidməti məlumat yayıb.

“Yeni Delhidə ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli orqanları internetdən terror, separatçı və ekstremist məqsədlər üçün istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması məqsədilə birgə antiterror təlimi keçirib”, - bildirilib.

Məlumata görə, təlimlərin məqsədi təşkilata üzv dövlətlərin kritik informasiya infrastrukturuna kiberhücumlar zamanı ŞƏT ölkələrinin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyəti artırmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM