satellite   Azerspace-1: 11135 H 30000

İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir: "Sertifikasiya imtahanlarından fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər hansı qərarların verilməsinə şərait yaradacaq. Eləcə də hansı tərbiyəçi müəllimlərin təlimə ehtiyac olduğunu başa düşəcəyik, həmçinin onların peşəkar inkişaf proqramlarını hazırlamaq məqsədimiz var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM