Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric Məktəbi (Cambridge School) statusu aldı

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric Məktəbi (Cambridge School) statusu aldı

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Naxçıvan Dövlət Universitetinin rektoru, Elbrus İsayev öz sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda qeyd olunub: Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetin Beynəlxalq Məktəbi Kembric Məktəbi (Cambridge School) statusu alıb.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil Proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya alınıb.

Tədrisi yalnız ingilis dilində həyata keçirilən Kembric proqramına lisenziya alan Naxçıvan Dövlət Universitetin Beynəlxalq Məktəbi müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanlarına cavab verir. Həmçinin məktəbi bitirərkən şagirdlər ingilis dili ilə yanaşı modern dünya dillərindən ən azı birinə yiyələnir.

Qeyd edək ki, Kembric proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən alınır.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM