satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

Azərbaycanda cari tədris ilində 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, bu göstəricidə ötən illə müqayisədə min nəfər artım olub.

Onun sözlərinə görə, siyahıda Türkiyə, Pakistan və İran ilk üçlükdə yer alır. Tibb, iqtisadiyyat və idarəetmə ixtisasları üstünlük təşkil edir.

"Hazırda xaricdə təhsil proqramı üzrə 21 ölkə üzrə 140 universitetdə 981 tələbə təhsil alır", - şöbə müdiri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM