Dövlət İmtahan Mərkəzi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, bu jurnallarda fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib. Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az saytında müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.