satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadasının final turu keçirilib - FOTOLAR

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadasının final  turu  keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadasının final  turu  keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadasının final  turu  keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadasının final  turu  keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, fevralın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının final turu keçirilib. 

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon turunda qalib olan 187 şagirdin 97 faizi iştirak edib. 

Olimpiadada şagirdlərə 25 sual təqdim olunub və 3 saat vaxt ayrılıb. 

Olimpiadanın nəticələri ilə bağlı məlumat yaxın günlərdə Nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, olimpiadanın final mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq. 

Qeyd edək ki, olimpiadanın təşkilində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM