"Ekoloji təhsil" layihəsi çərçivəsində növbəti tədbir - FOTOLAR

"Ekoloji təhsil" layihəsi çərçivəsində növbəti tədbir Kəngərli rayon Qıvraq qəsəbə 1 nömrəli tam orta məktəbdə təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ekoloji təhsil" layihəsi çərçivəsində növbəti tədbir Kəngərli rayon Qıvraq qəsəbə 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin əməkdaşı Fidan Allahverdiyeva “Suyun həyatımızdakı rolu və ondan qənaətlə istifadə” mövzusunda söhbət açaraq şagirdlərə suyun əhəmiyyəti və bu təbii sərvətin qorunmasının vacibliyi barədə ətraflı məlumat verib.

Vurğulayıb ki, içməli su ehtiyatlarının məhdudluğu dünyada getdikcə daha çox hiss olunur və sudan qənaətlə istifadə hər bir fərdin üzərinə düşən mühüm məsuliyyətdir. Qeyd edib ki, bu məsuliyyət yalnız böyüklərin deyil, uşaqların da üzərinə düşür. 

Söhbət zamanı şagirdlərə suya qənaət etməyin gündəlik həyatda hansı yollarla həyata keçirilə biləcəyi izah olunub və onların bu məsələyə ciddi yanaşması üçün tövsiyələr verilib.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin məqsədi məktəblilərdə ətraf mühitin mühafizəsinə dair bilik və bacarıqların artırılması, məsuliyyətin formalaşdırılması və davamlı ekoloji fəaliyyətlərlə ilə bağlı vərdişlərin aşılanmasıdır.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM