Aprelin 26 –sı Adil Babayev adına Naxçıvan Şəhər Uşaq Kitabxanasında AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru şair, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun kitab təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, kitabın ərsəyə gəlməsində müəllifin çalışqanlığı, axtarışı və mütaliəsi onun işinə məsuliyyətindən və peşəkarlığından xəbər veririr. Sözə qiymət verilməsi nəticəsində ərsəyə gələn bu kitabların özünə yaxşı auditoriya formalaşdıracağına əminlik bildirən akademik İsmayıl Hacıyev müəllifə bundan sonrakı həyatında yaradıcılıq uğurları arzulaylıb.Təbirdə iştirak edən Naxçıcan Yazıçılar Birliyinin sədri Asim Yadigar, sənətşünaslıq üzrə fəlsəfə doktoru dossent Ələkbər Qasımov və digər yaradıcı adamlar kitab haqqında öz fikirlərinin bölüşərək yazarı yeni nəşr olunan kitabları münasibəti ilə təbrik ediblər.
Sonda yazar təqdimatda iştirak edənlərə minnətdarlığını bildirərək kitabların imzalama mərasimində iştirak edib.
Qeyd edək ki, bu kitablar yazarın 2015 ci ildən 2024 ilə kimi mətbuatda çıxan məqalələr, resenziyalar, müsahibələr, ayrı-ayrı kitablar haqqında yazdığı ön sözlər və eyni zamanda onun kitabları haqqında yazılmış resenziyalardan ibarətdir.
“Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” 510, ”Mən sözə söykənmişəm” kitabı isə 533 səhifədən ibarətdir. Bu sayca şairin 18- ci kitabıdır.
Sacidə Hüseynova
Naxçıvan televiziyasının əməkdaşı