satellite   Azerspace-1: 11135 H 30000

Ali təhsildə bəzi ixtisas proqramlarına gender bərabərliyi ilə bağlı seçmə fənlər daxil edilə bilər

Ali təhsildə bəzi ixtisas proqramlarına gender bərabərliyi ilə bağlı seçmə fənlər daxil edilə bilər

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiq ixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər və ya mövzular daxil edilə bilər.

NTV xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda yer alıb.

Fəaliyyət planına görə, əsas icraçı orqan Elm və Təhsil Nazirliyi müəyyənləşib.

İcraçı orqana təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM