2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, elektron sənəd qəbulu mərhələsi iyunun 3-10-u tarixlərini əhatə edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan iyunun 10-u saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
