satellite   Azerspace-1: 11135 H 30000

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər, həmçinin beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) NTV-yə  bildirilib ki, imtahan sentyabrın 29-da təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən xüsusi hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Namizədlərin qeydiyyatı avqustun 19-u saat 10:00-dan sentyabrın 19-u saat 18:00-dək həyata keçiriləcək.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra imtahanda iştirak üçün tələb olunan vəsaiti kabinetlərinin pul hesabına əlavə etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108) keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in internet saytında çap edə biləcəklər.

Qeydiyyat və imtahanla bağlı digər ətraflı məlumatı DİM-in internet saytı vasitəsilə əldə etmək mümkündür.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM