Bu il ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsində II qrup üzrə dövlət sifarişi əsasında 4 min 40 yer ayrılıb.
Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bu, ötən illə müqayisədə 90 yer çoxdur. Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi say 22 min 881 olub.
