satellite   Azerspace-1: 11135 H 30000

V qrup üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça təqdim olunub

 V qrup üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça təqdim olunub

Dövlət İmtahan Mərkəzi (DİM) V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı elektron kitabça hazırlayıb.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Təqdim olunan material xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas seçimi etmək istəyən abituriyentləri düzgün istiqamətləndirməyə kömək edir.

Kitabçanın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM