satellite   Azerspace-1: 11135 H 30000

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Kitabçanı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Nəşrin elektron versiyasını isə (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM