satellite   Azerspace-1: 11135 H 30000

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Yanvarın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

Bakalavr buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməlidir. Özü ilə şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini gətirməlidir.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM