satellite   Azerspace-1: 11135 H 30000

Akademiyada “Nəğməkar şair İslam Səfərli - 100” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

Akademiyada “Nəğməkar şair İslam Səfərli - 100” mövzusunda elmi konfrans keçirilib<font color=red> - FOTOLAR</font> Akademiyada “Nəğməkar şair İslam Səfərli - 100” mövzusunda elmi konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Nəğməkar şair İslam Səfərli - 100” mövzusunda elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycanın milli ruhlu şair-dramaturqu, tərcüməçisi, əməkdar incəsənət xadimi İslam Səfərlinin yaradıcılığı XX əsrin ədibləri sırasında özünəməxsusluğu ilə seçilib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru Əbülfəz Quliyev, İnstitutun icraçı direktoru Elxan Məmmədov və bölmənin digər əməkdaşları şairin yaradıcılığını fərqli aspektlərdən təhlil ediblər. Bildirilib ki, 18 kitabın müəllifi olan İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Həmçinin İslam Səfərli 200-dən çox əsərinə musiqi bəstələnən nəğməkar şairdir. Şairin nəğmə dolu dünyasına daxil olan "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Aylı gecələr" və digər yüzlərlə mahnı dillər əzbəridir.

Çıxış edənlər İslam Səfərlinin dramaturq kimi də uğur qazandığını qeyd edərək bildiriblər ki, onun "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə, eləcə də Naxçıvan teatrında tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

Sevgili Mustafazadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM