satellite   Azerspace-1: 11135 H 30000

“Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

Mayın 16-da AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

İnstitutdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, konfrans üçün Ulu Öndər Heydər Əliyevin elm, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti haqqında, eləcə də dahi şəxsiyyətin irəli sürdüyü tezislər, tövsiyələr, müdrik kəlamlar əsasında folklorun ayrı-ayrı məsələləri ilə bağlı məruzələr nəzərdə tutulub. Konfransda iştirak etmək istəyənlər məruzələrinin tam mətnini aprelin 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tam mətnlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə aprelin 20-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Məqalələr kitab halında nəşr ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM