satellite   Azerspace-1: 11135 H 30000

Günəş küləyi sürətinin artacağı gözlənilir

Günəş küləyi sürətinin artacağı gözlənilir

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb. Hazırda Günəşin səthində 8 ləkə qrupu var, aktiv ləkələrin sayı isə 155-dir. Aprelin 15-də Yerə istiqamətlənmiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) aprelin 22-də çatacağı gözlənilir. Hazırda Günəşin səthində tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsində olub.

Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (347km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə bir qədər azalaraq Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 3.85 nT təşkil edir.

Geomaqnit sahə sabit olub.

Aprelin 17-dən 23-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 5 faiz təşkil edir.

Aprelin 17-dən 19-dək Günəş küləyi sürətinin artacağı gözlənilir. Geomaqnit sahənin qismən-aktiv olacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM