satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Prokurorluğunda “Açıq qapı” günü keçirilib - FOTOLAR

Naxçıvan Prokurorluğunda “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font>

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 19-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Açıq qapı” günü keçirilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi irsi, eləcə də hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Prokurorluq orqanlarının dövlət təsisatları sistemindəki yeri və prokurorluq orqanlarında həyata keçirilən islahatlar“, "Ulu öndər Heydər Əliyevin prokurorluğa qayğısı" və "Dövlət ittihamın müdafiəsi haqqında" mövzularında çıxışlar edib.

Həmçinin, tələbələr prokurorluğun kitabxanası və kriminalistik avtomaşının iş prinsipi ilə tanış olduqdan sonra onlar üçün hadisə yerinin şərti müayinəsi təşkil olunaraq, hadisə baş verdikdə aparılan istintaq ilkin hərəkətləri izah olunub.

Sonda xatirə fotoşəkli çəkilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM