satellite   Azerspace-1: 11135 H 30000

Yaz sessiyasında 4 minə yaxın tələbə təhsil krediti alıb

Yaz sessiyasında 4 minə yaxın tələbə təhsil krediti alıb

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bu günə qədər 5653 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 764 nəfərin müraciəti natamam olub, 447 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 206 nəfərin müraciətinə imtina cavabı verilib, 248 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz sessiyası üzrə 3988 nəfərə TTK verilib. Onların arasından 1399 nəfərin müraciəti sosial TTK, 2589 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM