satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Dövlət Universitetində olub - FOTOLAR

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Dövlət Universitetində olub<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Dövlət Universitetində olub<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Dövlət Universitetində olub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində NDU tələbələri ilə görüşüblər.

Bu barədə universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə məlumat verilib.

Məlumata əsasən, universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib.

Naxçıvanda olmaqdan məmnunluğunu bildirən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan gənclərini müasir dövrümüzün inkişaf etmiş qüvvəsi kimi xarakterizə edib. Bildirib ki, dünyada 4-cü sənaye inqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır.

Elm və təhsil nazirinin müavini karyeranın düzgün seçimi ilə bağlı tövsiyələrini çatdırıb. Bildirib ki, peşə seçimi zamanı hər kəs öz istedadını və hansı sahəyə marağı olduğunu nəzərə almalıdır. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışan Firudin Qurbanov vətəndaşlıq mövqeyinin formalaşdırılmasının, vətənpərvərlik tərbiyəsinin təhsil sisteminin qarşısında duran prioritet vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Görüşdən məmnun ayrılan qonaqlar tələbələrə uğurlar arzulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM