Xəbər verdiyimiz kimi, bu gün "Naxçıvan" Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu münasibətlə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov və rəhbərlik etdiyi nümayəndə heyəti "Naxçıvan" Universitetində olub. Əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra Ədalət Muradov və "Naxçıvan" Universitetinin rektoru dosent Anar Kazımov Naxçıvan televiziyasına müsahibə verib, iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq barədə gələcək planlardan danışıblar.
Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin müsahibələri təqdim edir:
