satellite   Azerspace-1: 11135 H 30000

"Naxçıvan" Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb - VİDEO

 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Naxçıvan" Universitetinin dəvəti ilə UNEC-in rektoru i.e.d., prof. Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan şəhərinə səfər edib.

"Naxçıvan" Universitetinin mövcud infrastrukturu ilə yaxından tanış olan rektor Ədalət Muradov Universitetin təhsil modelini yüksək qiymətləndirib. O, təhsildə müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil adlandırıb.

Tanışlıqdan sonra universitetin konfrans zalında iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə UNEC-in rektoru, prof. Ədalət Muradov və nümayəndə heyəti, “Naxçıvan" Universitetinin rektoru, dos. Anar Kazımov, universitetin müəllim-tələbə heyəti iştirak edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM