Naxçıvanda iki günlük konfransa yekun vurulub - FOTOLAR

Naxçıvanda iki günlük konfransa yekun vurulub<font color=red> - FOTOLAR</font> Naxçıvanda iki günlük konfransa yekun vurulub<font color=red> - FOTOLAR</font> Naxçıvanda iki günlük konfransa yekun vurulub<font color=red> - FOTOLAR</font> Naxçıvanda iki günlük konfransa yekun vurulub<font color=red> - FOTOLAR</font>

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransı keçirilib. Bu gün konfrans öz işini bölmə iclasları ilə davam etdirib.                                                             

"Naxçıvan" Universitetinin təşkilatçılığı ilə keçirilən 2 günlük konfrans, ümumilikdə 6 bölmə iclası ilə  davam edib.

Bölmə iclaslarında “Ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun banisidir”, “Zəngəzur dəhlizi türk dünyasını birləşdirən yol kimi”, “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, “Ermənilərin ərazi iddialarına qarşı ən böyük maneə kimi Heydər Əliyev faktoru”, “Heydər Əliyev və aqrar sahənin modernləşdirilməsi məsələləri”, “Heydər Əliyev və Azərbaycanın milli ideologiyası” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Diskussiya şəklində keçən iclaslarda dahi rəhbər Heydər Əliyevin gördüyü işlərdən, milli dövlətçilik məsələlərindən ətraflı bəhs olunub. 

Qeyd edək ki, ümumilikdə konfransa 20 ali təhsil və elmi tədqiqat müəssisəsindən 240-dan çox məqalə daxil olub.

                                                                                           Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM