satellite   Azerspace-1: 11135 H 30000

Quterreş: “2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata töhfəsi 15 trilyon dollara çatacaq”

Quterreş: “2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata töhfəsi 15 trilyon dollara çatacaq”

“Süni intellekt sferasının qlobal iqtisadiyyata töhfəsi 2030-cu ilə qədər 15 trilyon dollara çata bilər”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş qurumun Təhlükəsizlik Şurasının süni intellektə həsr olunmuş iclasında deyib.

O, generativ süni intellektin inkişafından heyrətləndiyini və yaxşı mənada şoka düşdüyünü vurğulayıb.

“Bu yeni texnologiyanın bütün formalarında sürəti və əhatə dairəsi tamamilə misilsizdir”, - A.Quterreş bildirib və qeyd edib ki, məşhur “ChatGPT” çat-botunun istifadəçilərinin sayı cəmi iki ay ərzində 100 milyona çatıb.

“Maliyyə sektorunda süni intellektin qlobal iqtisadiyyata töhfəsinin 2030-cu ilə qədər 10 trilyon ilə 15 trilyon dollar arasında olacağı gözlənilir”, - A.Quterreş əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM