satellite   Azerspace-1: 11135 H 30000

Alimlər ananas yeyən adamda dilin ağrımasının səbəbini izah ediblər

 Alimlər ananas yeyən adamda dilin ağrımasının səbəbini izah ediblər

Ananas yeyərkən dilimizdə yaranan xoşagəlməz ağrının səbəbi müəyyənləşdirilib.

Naxçıvan televiziyası müstəqil araşdırmaçı həkim Karan Rajın tədqiqatına istinadən xəbər verir ki, insanlar ananas yeyərkən dildə yaranan sancıya meyvənin tərkibindəki bromelain adlı maddə səbəb olur. Ananasın meyvəsində, ən çox da onun gövdəsində olan bu maddə heyvan proteinlərini parçalayır və həzm etməməyə çalışır. İnsanın da bir canlı növü olduğunu nəzərə alanda bu, heç də təəccüblü hal deyil.

Karan Raj onu da qeyd edib ki, ananasın tərkibindəki bromelain insana kəskin zərər verə biləcək səviyyədə deyil və ananas mədəyə ötürüldükdən sonra mədə turşuları hesabına parçalanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM