satellite   Azerspace-1: 11135 H 30000

Dövlət İmtahan Mərkəzi beynəlxalq rus dili imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi beynəlxalq rus dili imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edir.

DİM-dən Naxçıvan televiziyası-a bildirilib ki, imtahan iyulun 27-də keçiriləcək.

İmtahana son qeydiyyat tarixi iyulun 25-dir.

Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM