satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. 15 sinifdə aparılan qəbul imtahanı 58 müəllimin nəzarəti altında keçirilib.

3 saat davam edən imtahanda şagirdlərə Azərbaycan dili 15, Riyaziyyat 15, İngilis dili 30, Kimya 10, Biologiya 10, Fizika 10, Tarix və Coğrafiya fənlərindən isə hər biri 5 sual olmaqla ümumilikdə 100 sual təqdim olunub.

Nəzərinizə çatdıraq ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərən 30 qız və 30 oğlan olmaqla 60 şagird liseydə təhsil almaq şansı əldə edəcək.

Məlumat üçün onu da bildirək ki, imtahan nəticələri 3 iş günü ərzində açıqlanacaq.

Məmmədbağır Dünyamalıyev
NDU-nun Tv, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM