satellite   Azerspace-1: 11135 H 30000

Məleykə Abbaszadə: "150 bal toplayan abituriyentlər müsabiqəyə buraxılırlar"

Məleykə Abbaszadə: "150 bal toplayan abituriyentlər müsabiqəyə buraxılırlar"

"150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupları üzrə ixtisas seçimləri ilə bağlı keçirdiyi canlı yayımda deyib.

Hər bir ixtisas seçimi üzrə müxtəlif keçid ballarının olduğunu söyləyən DİM sədri abituriyentlərin bu şərtləri çox vaxt səhv saldıqlarını bildirib.

M.Abbaszadə xatırladıb ki, bununla yanaşı məhdudiyyət tətbiq edilən əsas ixtisaslar da mövcuddur: "Burada buraxılış və blok imtahanında 200 bal və daha yüksək nəticə göstərən abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılır. Amma onlar blok imtahanında minimum 100 bal toplamalıdırlar. Bu məhdudiyyət əsas ixtisaslara aiddir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM