satellite   Azerspace-1: 11135 H 30000

Ümumi orta təhsil bazasından kolleclərə sənəd qəbulu davam edir

Ümumi orta təhsil bazasından kolleclərə sənəd qəbulu davam edir

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanların elektron sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, elektron sistem üzrə qeydiyyat avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM