satellite   Azerspace-1: 11135 H 30000

Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı davam edir

Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunan abituriyentlərin portal.edu.az vasitəsilə elektron qeydiyyatı davam edir.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsi üzrə qeydiyyatı avqustun 23-ü saat 18:00 dək davam edəcək. Bunun üçün abituriyentlər https://portal.edu.az/ platformasında yaratdıqları kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Avqustun 21-i saat 15:15-ə olan məlumata əsasən, orta ixtisas təhsili müəssisəsinə qəbul olunan 6787 abituriyent portal vasitəsilə qeydiyyatdan keçib.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM