satellite   Azerspace-1: 11135 H 30000

Ali məktəblərə ixtisas seçimi davam edir

 Ali məktəblərə ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər avqustun 28-i saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası-a bildirilib ki, avqustun 25-i saat 09:45-ə olan məlumata əsasən, 56 min 19 abituriyent ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Xatırladaq ki, ixtisas seçimi ilə bağlı abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” avqustun 26-da – şənbə günü də fəaliyyət göstərəcək.

“Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Bakı Avrasiya universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərir.

Məsləhət mərkəzlərində xidmət ödənişsizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM