satellite   Azerspace-1: 11135 H 30000

Gizir hazırlığı kursuna əlavə sənəd qəbulu elan edilib

Gizir hazırlığı kursuna əlavə sənəd qəbulu elan edilib

Heydər Əliyev adına Hərbi İnstitutun nəzdində orta ixtisas təhsili pilləsi (subbakalavr) üzrə təşkil olunan gizir hazırlığı kursuna plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilib.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Sənəd qəbulunda cari ildə keçirilən buraxılış imtahanında (qəbul imtahanın birinci mərhələsində) 50 və daha çox bal toplayan, 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Abituriyentlər 29 avqust – 5 sentyabr tarixlərində Heydər Əliyev adına Hərbi İnstituta (Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi) müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM