satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Naxçıvanda  məktəbli yarmarkası keçiriləcək

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri H.Əliyev prospektindəki Kitab Evində, həmçinin rayon mərkəzlərində 1-15 sentyabrda məktəbli yarmarkaları keçiriləcək

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məktəbli yarmarkaları hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək. 

Yarmarkalarda əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

"Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik", - nazirlikdən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM