satellite   Azerspace-1: 11135 H 30000

“James Webb” teleskopunda alınmış yeni unikal təsvir

“James Webb” teleskopunda alınmış yeni unikal təsvir

NASA-nın “James Webb” teleskopu vasitəsilə infraqırmızı spektral diapazonda yüksək ayırdetməli çox nadir təsvirlər əldə edilib. Onlardan biri Herbiq-Aro 46/47 adı ilə məlum olan yeni formalaşmaqda olan sıx qoşa ulduzlardır.

Bu barədə Naxçıvan televiziyası-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, həmin obyektin cəmi bir neçə min il yaşı var və tam ulduz formasına düşmək üçün hələ bir neçə milyon il lazımdır.

Qeyd edək ki, belə obyektlərin tədqiqi bu ulduzların göstərilən vaxt ərzində nə qədər kütlə yığmasını müəyyənləşdirməyə və gələcəkdə onların modelləşdirilməsini həyata keçirməyə imkan verir. Bu da bizim Günəş sisteminin necə yaranması haqqında geniş məlumatlar toplamağımıza imkan yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM