satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfirliyi Türkiyədə təhsil alacaq tələbələrə müraciət edib

Azərbaycan səfirliyi Türkiyədə təhsil alacaq tələbələrə müraciət edib

Türkiyədə təhsil almağa başlayan əcnəbi tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində bu ölkənin Sosial Müdafiə Qurumuna (SGK) müraciət edərək tibbi sığorta oluna bilərlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi məlumat yayıb.

Bildirilib ki, tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində yazılı olaraq müraciət etmədikləri təqdirdə təhsil alacaqları müddətdə bir daha SGK-da sığorta oluna bilməyəcəklər.

Qeyd edək ki, SGK tibbi xidmətlərin böyük əksəriyyətini qarşılayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM