satellite   Azerspace-1: 11135 H 30000

AFFA rəsmisi UEFA-dan təyinat alıb

AFFA rəsmisi UEFA-dan təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Naxçıvan televiziyası  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM