satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

"Qarabağ" Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin və XXI əsrin rekordudur.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM