satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib

Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq.

Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlayacaq.

Qeyd edək ki, hazırda I Liqada turnir cədvəlinin ilk pilləsində 54 xalla “Şamaxı” qərarlaşıb. "Qaradağ Lökbatan" 53 xalla ikincidir. Azərbaycan çempionu sonuncu - XXVII turda müəyyənləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM