satellite   Azerspace-1: 11135 H 30000

FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb

FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb

Banqkokda keçirilən Asiya Futbol Konfederasiyasının Konqresi zamanı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilata üzv olan 211 ölkənin hamısını irqçiliklə mübarizə aparmağa çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, uzun müddətdir irqçiliklə mübarizə üçün effektiv vasitələrin axtarışı üzərində işləyən FIFA oyunçuların hakimin diqqətini irqçilik və ya ayrı-seçkiliklə bağlı hadisələrə cəlb etmək üçün istifadə edəcəyi jesti – “başın üzərində çarpazlanmış əlləri” təklif edir.

"Futbolun qlobal bir cəmiyyət olaraq bir araya gəlməsi və oyundakı irqçilik problemini həll etmək üçün birmənalı bir öhdəlik götürməyin vaxtı çatıb" – deyə FIFA-nın məktubunda deyilir.

Qeyd etmək lazımdır ki, FIFA 2021-ci ildə Tokio Olimpiadasında qadın atıcılıq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində əlləri çarpazlaşdırılmış amerikalı Reyven Sondersin jestindən istifadə etməyi təklif edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM