satellite   Azerspace-1: 11135 H 30000

Təbrizin "Traktor" futbol klubunun səhmləri satılır

Təbrizin "Traktor" futbol klubunun səhmləri satılır

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərinin “Traktorsazi” (“Traktorqayırma”) futbol klubunun səhmləri satışa çıxarılır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, klubun Səhmdarlar Şurasının mayın 17-də keçirilən ümumi iclasında qəbul edilən qərara əsasən, ekspert qiymətləndirməsindən sonra klubun səhmlərinin satış şərtləri açıqlanacaq.

Bildirilib ki, səhmlərin potensial alıcıları bu barədə klubun ofisinə 15 gün ərzində müraciət etməlidirlər. Bundan sonra alıcıya müvafiq məktub göndəriləcək.

Qeyd olunub ki, qəbul edilən qərarla bağlı mayın 18-da Şərqi Azərbaycan əyalətinin başçısına məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM