satellite   Azerspace-1: 11135 H 30000

FIFA futbol əfsanələri arasında dünya çempionatı təşkil edə bilər

FIFA futbol əfsanələri arasında dünya çempionatı təşkil edə bilər

Beynəlxalq Futbol Federasiyası (FIFA) futbol əfsanələrinin dünya üzrə turunu təşkil etməyi, gələcəkdə isə sabiq futbolçular arasında dünya çempionatı keçirməyi planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində məlumat verib.

“Planlarımıza gəlincə, 2027-ci ilə qədər dünya üzrə 75 FIFA akademiyası olacaq”, - deyə təşkilatın prezidenti bildirib.

Fevral ayında “Daily Mail” məlumat vermişdi ki, İngiltərə 2024-cü ilin yayında ilk Futbol Əfsanələri Dünya Kubokuna ev sahibliyi etməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM