satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək

AVRO-2024: Bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Fransa D, Belçika isə E qrupunun ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.

Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Portuqaliya F qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb. Sloveniya isə C qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlib.

AVRO-2024

1/8 final

1 iyul

20:00. Fransa - Belçika

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Portuqaliya - Sloveniya

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM